Aktyor Ümid Kantarcılar boşanmaqda olduğu aktrisa həyat yoldaşı Qəmzə Topuzun ona ikinci dəfə xəyanət etməsi ilə bağlı açıqlama verib.
Axşam.az-ın “Milliyət”ə istinadən məlumatına görə, Ümid Qəmzənin aktyor Fırat Topkorurla öpüşərkən çəkilmiş fotolarının yayılmasından sonra, başqa bir kişi ilə bardan çıxarkən görüntülənməsi haqda bunları deyib:
“Qızım Nazı düşünüb susuram. Onun qızıma zərər verəcək hər hansı bir addım atacağını düşünmürəm. Etdiklərinə fikir vermirəm. Kiminlə sevgilisi olması məni maraqlandırmır. Əgər hərəkətləri qızıma zərər verərsə, o zaman reaksiya göstərərəm”.
COMMENTS