Albaniyanın baş naziri yumurta atəşinə tutulub

Albaniyanın baş naziri yumurta atəşinə tutulub

Albaniyanın baş naziri Edi Rama parlamentdə müzakirələr zamanı yumurta atəşinə tutulub.

Trend-in məlumatına görə, ölkə parlamentində tələbələrin etiraz aksiyaları ilə bağlı müzakirələr davam edir.

Müzakirələr zamanı baş nazir çıxış edərkən müxalif deputatlar ona yumurta atıblar.

İnsidentlə əlaqədar parlamentin iclası yarımçıq dayandırılıb.

Qeyd edək ki, dekabrın əvvəlindən paytaxt Tiranada və digər şəhərlərdə təhsil haqqının azaldılması tələbi ilə tələbələrin etiraz aksiyaları davam edir.

Dosye.org

COMMENTS