Top.Mail.Ru

Ali Məhkəmə Qarabağ əlilinə qarşı – Çəkişmə

Ali Məhkəmə Qarabağ əlilinə qarşı – Çəkişmə

“Qarabağda Vətən uğrunda ölüm-dirim savaşı getdiyi vaxtda bütün hökumət, qeyri-hökumət təşkilatlarının şanlı Azərbaycan Ordusunun qələbəsinə töhfə verəcəyini gözləmək olardı. Nə yazıq, “Nurgün” şirkəti və törəməsi “Rəvan” sığorta şirkəti nəinki ordumuza yardım etmək yolunu tutub , əksinə, düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı Qarabağ əlili Xaliq Abbaszadənin pensiyasının yarısını, əmlakının hamısını saxta məhkəmə qərarları, olmayan icra sənədləri ilə yemək yolundan əl çəkmir”. Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: “İl yarım qabaq Nərimanov rayon məhkəməsi 06.05.2019 tarixli qətnamə ilə Qarabağ əlilinin pensiyasının bərpası haqqında iddiasını təmin edib …. və cavabdeh “Rəvan” sığorta şirkətinin məhkəməyə qeyri-prosessual təzyiqi nəticəsində nə məhkəməyə saxta sənəd təqdim etməsinə görə xüsusi qərardadla prokurora xəbər verilməsi haqqında ərizəsinə baxıb, nə də apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə göndərib. Amma cavabdehin müddətin keçməsi ilə verdiyi şikayəti yuxarı instansiyaya göndərib. Bakı Apellyasiya Məhkəməsinin Elşad Şamayev, Məmməd Məmmədov və Aida Hüseyn üçlüyündən ibarət heyəti iddiaçı tərəfin iştirakı olmadan 14 ay qabaq 29.08.2019 tarixli qətnamə ilə Nərimanov məhkəməsinin Qarabağ əlilinin xeyrinə qəbul etdiyi qətnaməsini ləğv edib. Qarabağ əlilinin 14 aydır verdiyi kassasiya şikayətinə isə 15.10.2020 -ci il tarixdə Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədovun sədrliyi ilə baxılıb və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb. Qarabağ əlilinin hüquqlarının kobud pozulmasına hüquqi qiymət verilməsi əvəzinə Ali Məhkəmə hakimləri artıq kolleqaları olan Elşad Şamayevin qanunsuz qətnaməsini maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmaqla qüvvədə saxlamaq yolunu tutub. Ali instansiya Qarabağ əlilinin məhkəmədə çıxış etmək, söz demək hüququna da qadağa qoyub! (?) Səbəb də dövlət büdcəsinin vəsaiti hesabına əlilə 14 saylı Nərimanov vəkil bürosundan ayrılan vəkil Vəliyeva Ayşən Ümid qızının iclasda “havayı” iştirakdan imtina etməsi olub. Özbaşınalığa baxın, vəkil iclasda iştirak etməkdən imtina edir, buna görə hüquqi yardıma ehtiyacı olan Qarabağ əlili söz haqqından da məhrum edilir ki, vəkilsiz danışa bilməzsən. Hələ biz 3-cü şəxs Qarabağ əlilinə 14 aydır Bakı Apellyasiya Məhkəməsinin, ümumiyyətlə ,vəkil ayrılmasından imtina etməsini demirik. Belə məhkəmə- müdafiəçi təminatsızlığı ilə hansı hüquqdan danışmaq olar? Onu da vurğulayaq ki, Qarabağ əlilinə dövlət büdcəsinin vəsaiti hesabına ayrılan vəkil xanım 100 manat qarşılığında iclasda iştirak edəcəyini bildirib. Yəqin ki, baş prokurorluq , ədliyyə orqanları vəkilin vəzifəsini icra etməkdən imtinasına hüquqi qiymət verilməsini təmin edəcək. Ali Məhkəmənin qanunsuz qərarına hüquqi qiyməti isə Konstitusiya Məhkəməsi (KM) verəcək. Axı, Qarabağ əlili dələduzluqla pensiyasından məhrum edilməsinə görə Ali Məhkəmənin qərarından KM-ə şikayət etməyi qərara alıb. Ali Məhkəmənin qərarının saxtalığını “İcra haqqında “ qanunun 68.1.2 maddəsi sübut edir : “ TƏLƏB BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİN İCRASI ZAMANI ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZ! “ Qarabağ əlilinin borclu olmaması bir yana, lap borclu olsa da, Vətəni müdafiə edərkən aldığı xəsarətlərə görə ödənilən pensiyasından məbləğ tutula bilməz. Bunu Ədliyyə Nazirliyinin Suraxanı icra məmuru Vüsal Əliyev, ƏƏSMN yanında DSMF-in məmurları , hakimlər bilməsə də, yəqin ki, ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan Konstitusiyanın qarantı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın hüquq dərsindən bilərlər. Hələlik Prezidentin başı erməni faşistlərinin və onların havadarlarının beynəlxalq hüquqdan

maarifləndirilməsinə qarışıb. Tezliklə yerli məmurların məhkəmə -hüquq dələduzluqlarına da dövlət (başçısı ) səviyyəsində hüquqi qiymət veriləcək, yəqin.

Sonda onu vurğulamaq gərəkir ki, düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını, əmlakının hamısını apardığı Qarabağ əlili Abbaszadə Xaliq Əvəz oğlu bir həftə olar Qarabağ cəbhəsindən qayıdıb. Könüllü olaraq yenidən Vətənin azadlığı uğrunda döyüşlərə atılmışdı, lakin igid gənc döyüşçülərimiz ona ehtiyac olmadığından geri göndəriblər. …Dələduzluğa əlilin pensiyasını yeyənlərə görk olacaqmı? Çətin. ..”

COMMENTS