“Ali Məhkəmə şikayətimizi təmin etməsə…”

“Ali Məhkəmə şikayətimizi təmin etməsə…”

Elçin Sadıqov: “O zaman hökmən Avropa Məhkəməsinə müraciət edəcəyik”

“Ali Məhkəmə şikayətimizi təmin etməsə, o zaman hökmən Avropa Məhkəməsinə müraciət edəcəyik”. Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevin vəkili Elçin Sadıqov bildirib. E.Sadıqovun sözlərinə görə, təqaüd yaşına çatan E.Quliyevin ictimai işlər cəzasına məhkum edilməsi qanunun tələbinin aşkar şəkildə pozulması deməkdir:

“Hazırda iş Ali Məhkəmədədir və biz çalışacayıq ki, şikayətimizin təmin edilməsinə nail olaq. Məsələ bundadır ki, E.Quliyev təqaüd yaşına çatsa da, ona qarşı ictimai işlər cəzası tətbiq edilib. Halbuki, qanunvericilikdə açıq şəkildə göstərilir ki, təqaüd yaşına çatan şəxslərə ictimai işlər cəzası verilə bilməz. E.Quliyev artıq bu cəzanın bəlli bir hissəsini çəkib.

Əgər Ali Məhkəmə şikayətmizi təmin etməsə, pozulan hüquqlarımızı qorumaq üçün Avropa Məhkəməsinə müraciət edəcəyik. Belə bir zərurət yaransa, o zaman məsələ ilə bağlı ictimaiyyətə də lazımi məlumat veriləcək”.

COMMENTS