Allahverdi Bağırovun “Neftçi”nin məşqçisinə verdiyi xüsusi vəsiqə – Tarixin şəkli

Allahverdi Bağırovun “Neftçi”nin məşqçisinə verdiyi xüsusi vəsiqə – Tarixin şəkli

1992-ci il…

Hazırda “Neftçi” klubunda aşağı yaş qrupu üzrə komandalarda məşqçi işləyən İslam Kərimov Qarabağ döyüşlərində könüllü şəkildə iştirak üçün Ağdam rayonuna yollanır. Burada o, Eldar Bağırov adına Ağdam Ərazi Özünümüdafiə batalyonuna yazılır. Batalyonun komandiri Allahverdi Bağırov İslam Kərimova döyüş silahını gəzdirməyə icazə verən, öz imzası olan xüsusi vəsiqə də verir.

İslam Kərimov Qol.az saytına danışır ki, həmin vəsiqəni indiyə qədər də əziz xatirə kimi evində qoruyub saxlayıb. O bildirir ki, döyüşlər zamanı ona verilən avtomata isə sevdiyi komanda “Neftçi”nin adını yazdırıb və top şəkli həkk edib.

Xatırladaq ki, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov “Qarabağ”ın baş məşqçisi və kapitanı olub.

DOSYE.ORG

COMMENTS