Almaniya Putini “həbs etmək” qərarını icra etsə… – Medvedevdən sərt sözlər

Almaniya Putini “həbs etmək” qərarını icra etsə… – Medvedevdən sərt sözlər

“Almaniya hakimiyyəti Rusiya tərəfindən tanınmayan Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Rusiya prezidenti Vladimir Putini “həbs etmək” qərarını icra etmək qərarına gəlsə, bu, müharibə elanına bərabərdir”.

DOSYE.ORG “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın aparıcı KİV-lərinə müsahibəsində bildirib.

Qeyd edək ki, Almaniyanın ədliyyə naziri Marko Buşman bu yaxınlarda Putinin Almaniyaya gələcəyi təqdirdə həbs ediləcəyini bildirib. Öz növbəsində Almaniya kansleri Olaf Şolz Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidentinin həbsi üçün order verməsini alqışlayıb və bildirib ki, heç kim qanundan uca deyil.

Onun sözlərinə görə, Rusiya liderinin “həbs edilməsi” ilə bağlı vəziyyət heç vaxt reallaşmayacaq.

“Bununla belə, təsəvvür edək ki, bu həyata keçirilib. Nüvə dövlətinin hazırkı rəhbəri, məsələn, Almaniyanın ərazisinə gəlib və həbs olunub. Bu nədir? Rusiya Federasiyasına müharibə elan edilməsi deməkdir” – Medvedev bildirib.

COMMENTS