Almaniya Rusiyadakı səfirini geri çağırıb

Almaniya Rusiyadakı səfirini geri çağırıb

Almaniya Rusiyadakı səfiri məsləhətləşmələr üçün geri çağırıb.

Məlumata görə, Almaniya Rusiyanı Sosial Demokrat Partiyasının resurslarına kiberhücum etməkdə ittiham etdikdən sonra Moskvadakı səfiri Aleksander Lambsdorfu məsləhətləşmələr üçün geri çağırıb.

“Əlavə olaraq qeyd edə bilərəm ki, xarici işlər naziri Annalena Berbok Moskvadakı səfir Lambsdorfu məsləhətləşmələr üçün Berlinə geri çağırmaq qərarına gəlib. O, bir həftə Berlində qalacaq, sonra Moskvaya qayıdacaq”, – deyə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib.

COMMENTS