Almaniyanın iqtisadiyyat naziri Robert Habek Rusiyadan asılılığı azaltmaq üçün yeni müqavilələrin imzalandığını bildirib.
DOSYE.ORG xəbər verir ki, Habek mövcud enerji böhranında Almaniyanın Rusiyaya sanksiya tətbiq etməyə hazır olmadığını açıqlayıb.
Nazir ölkənin enerji təhlükəsizliyinin risk altında olduğunu vurğulayıb.
O, bildirib ki, yeni təchizatçılarla imzalanan müqavilələr Rusiya kömür, neft və ya təbii qazından asılılığını əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək.
2024-cü ilin ortalarına qədər Almaniyanın demək olar ki, Rusiya qazından müstəqil ola biləcəyi proqnozlaşdırılır.
DOSYE.ORG
COMMENTS