Almaniya Ukraynaya yeni hərbii yardım göndərdi

Almaniya Ukraynaya yeni hərbii yardım göndərdi

Almaniya Ukraynaya hərbi yardımın yeni partiyasını təhvil verib.

“AzPolitika.info” bu barədə UNİAN-a istinadla xəbər verir.

Ukraynanın müdafiə qüvvələri Berlindən yeni zirehli texnika, yerüstü dronlar, PUA-lar, yük maşınları və qış geyimləri alıb. Qeyd olunur ki, bu il Almaniya hökuməti Ukrayna üçün təxminən 5,4 milyard avro vəsait ayırıb.

Almaniya hökumətinin saytında Ukraynaya əlavə kəşfiyyat aparatları, SatCom peyk terminalları və iki hava müşahidə radarının da köçürüldüyü bildirilir.

Berlindən Kiyevə gələn yeni hərbi yardımın tam siyahısı belədir: 12 zirehli transportyor ; hava məkanının müşahidəsi üçün iki TRML-4D radarı; yeddi Primoco ONE kəşfiyyat PUA-sı, AMPS helikopterləri üçün iki özünümüdafiə sistemi; 5 pilotsuz yerüstü nəqliyyat vasitəsi; 12 MAN TGS yük maşını; 4 8×8 yük maşını traktoru və 4 yarımqoşqu; 32 SatCom peyk terminalı; Bundesver ehtiyatlarından və sənaye anbarlarından 10 min qoruyucu eynək; 30 min dəst qış geyimləri; 1 RSV printer.

Rüfət

COMMENTS