Almaniyada 100-dən çox aviareys ləğv edildi

Almaniyada 100-dən çox aviareys ləğv edildi

Almaniyada əlverişsiz hava şəraitiylə əlaqədar 100-dən çox aviareys ləğv edilib.

DOSYE.ORG xəbər verir ki, buna səbəb yanvarın 5-də ölkədə şaxta olmas, ölkənin bir çox bölgələrinə qar yağmasıdır.

Yolların buz bağlaması səbəbindən onlarla qəza baş verib. Əlverişsiz hava şəraiti bir çox aeroportların, xüsusən Frankfurt aeroportunun işinə mənfi təsir göstərib.

Bu gün Frankfurt aeroportunda planlaşdırılan 1090 aviareysdən 120-i ləğv olunub. Aeroportda eniş-uçuş zolaqlarının təmizlənməsinə ehtiyac yaranıb, görüş məsafəsi azalıb. Bütün bunlar da aeroportun imkanlarını məhdudlaşdırıb.

COMMENTS