Almaniyada fövqəladə vəziyyət elan edilib

Almaniyada fövqəladə vəziyyət elan edilib

Hələlik yanğın nəzarət altına alınmayıb

Almaniyanın Saksoniya-Anhalt əyalətində fövqəladə vəziyyət elan edilib.

DOSYE.ORG xəbər verir ki, buna səbəb Harz dağlarında dünən başlayan meşə yanğınının sürətlə böyüməsi olub.

Hələlik yanğın nəzarət altına alınmayıb, 62 hektar ərazi yanğından mühafizə olunub.

Bildirilib ki, yanğına 5 yanğınsöndürən helikopter və 300 yanğınsöndürən müdaxilə edib, polis dağın ətrafında təhlükəsizlik tədbirləri görüb. Yanğınla əlaqədar 40 kilometr radiusda uçuşa qadağa zonası elan edilib, eləcə də İtaliya və İsveçdən yanğınsöndürən təyyarələr istənilib.

 

COMMENTS