Top.Mail.Ru

Almaniyada həyəcan: ordu səfərbər edilir

Almaniyada həyəcan: ordu səfərbər edilir

Almaniyada koronavirusla mübarizə üçün orduya hazırlıq tapşırığı verilib.

Axar.az xəbər verir ki, “Şpigel” ən geci 3 aprelə qədər 15 minə qədər əsgərin bu mübarizəyə cəlb ediləcəyini yazıb.

Əsgərlərin bölgüsü də aparılıb: 5,5 hərbçi bloklar quracaq və müdafiə işlərini görəcək, 6 min hərbçi əhalinin qorunmasına, 600 əsgər sabitliyə və hərəkətə, 250 əsgər (18 qrupa bölünməklə) dezinfeksiya tədbirlərinə cəlb ediləcək, 2,5 min əsgər isə yük maşınlarının hərəkətinin təmininə yardım edəcək.

Qeyd edilir ki, əsgərlərin böyük şəhərlərdə yerləşdirilməsi mümkün fövqəladə vəziyyət halına da hazırlıqdır.

Xatırladaq ki, Almaniyada 47.278 nəfər koronavirusa yoluxub.

DOSYE.ORG

COMMENTS