Top.Mail.Ru

Almaniyada türklərə məxsus kafeyə NÖVBƏTİ HÜCUM

Almaniyada türklərə məxsus kafeyə NÖVBƏTİ HÜCUM

Almaniyanın Ştutqart şəhərində türklərə məxsus kafeyə silahlı hücum olub.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, naməlum şəxs kafeyə atəş açıb. Hadisə zamanı ərazidə insanlar olmadığından ölən və yaralanan olmayıb.

Hadisəni törədən şəxsin axtarışları davam edir.

Qeyd edək ki, 4 gün əvvəl Hanau şəhərində türklərə məxsus iki kafe irqçi tərəfindən atəşə tutulub. Hadisə zamanı 4-ü türk olmaqla 9 nəfər həyatını itirib.

DOSYE.ORG

COMMENTS