Almeyda: “Azərbaycan xalqını sevindirmək istəyirdik”

Almeyda: “Azərbaycan xalqını sevindirmək istəyirdik”

“Qarabağ”ın futbolçusu Riçard Almeyda Konfrans Liqasının pley-off mərhələsində “Gent”ə uduzaraq (0:1, penaltilər seriyası – 3:5) mübarizəni dayandırdıqları cavab oyunu ilə bağlı “İnstaqram” hesabında paylaşım edib.

Qol.az xəbər verir ki, komanda ilə şəklini paylaşan braziliyalı oyunçu yazıb:

“Azərbaycan xalqını sevindirmək istəyirdik. Amma futbol elədir ki, bir gün qalib gəlirsən, bir gün isə uduzursan. Biz bu il avrokuboklarda etdiklərimizlə qürur duymalıyıq! İndi diqqətimizi çempionata yönəltməyin vaxtıdır ki, gələn il həmişəkindən daha güclü qayıda bilək… Tanrı hər şeyi bilir”.

DOSYE.ORG

COMMENTS