Almeyda debüt etdi, komandası qalib gəldi

Almeyda debüt etdi, komandası qalib gəldi

“Qarabağ”dan ayrılaraq Birləşmiş Ərəb Əmirlliklərinin “Baniyas” klubuna keçən Riçard Almeyda yeni komandasında ilk oyununa çıxıb.

Qol.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi 13-cü turda bu gün “Əl Nəsr”lə keçirilən görüşdə debüt edib. Start heyətdə meydana çıxan braziliyalı futbolçu 79-cu dəqiqədə əvəzlənib. Görüş “Baniyas”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Baniyas” 14 xalla 9-cu pillədə qərarlaşıb.

DOSYE.ORG

COMMENTS