Almeyda “Qarabağ”dan ayrılır

Almeyda “Qarabağ”dan ayrılır

“Qarabağ”ın futbolçusu Riçard Almeyda bu qış Ağdam klubunu tərk edəcək.

Qol.az xəbər verir ki, bu barədə millimizin üzvü sports.kz-ya müsahibəsində deyib: “Qarabağ”dan ayrılıram”.

O, müqavilə ilə məxsus olduğu “Astana”ya qayıdıb-qayıtmayacağı bağlı sualı isə belə cavablandırıb: “Biz “Astana” ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etmişik. Bu, təxminən 3-4 ay bundan əvvəl olub”.

30 yaşlı yarımmüdafiəçi agentinin hazırda bir neçə klubla danışıqlar apardığını bildirib: “Amma hələ qərar verməmişəm. İndi istirahətdəyəm. Bir neçə gündən sonra qərar verəcəyəm. Mənimlə maraqlanan klublar arasında Qazaxıstan təmsilçiləri yoxdur”.

Qeyd edək ki, Almeydanın “Qarabağ”la müqaviləsi yanvarın 1-i başa çatır.

DOSYE.ORG

COMMENTS