“Bizim aktyor və rejissor nəsli 90-cı illərdə böyük bir boşluğa düşdü. Bir neçə il filmlər çəkilmədi, dövlət dəyişdi. Sənət yaddan çıxmışdı. Arada xaos var idi, bilinmirdi ki, necə olacaq, nətər olacaq? Bu da bizim bəxtimizdən elə gətirdi. Bir neçə ilimizi itirdik. Əsas odur qazandıqlarımız da oldu, müstəqilliyimizə qovuşduq”
Bunu Moderator.az -a açıqlamasında əməkdar artist Sənubər İsgəndərli deyib. O daha sonra əlavə edib:
“Mən heç nə üçün təəssüflənmirəm. Ən doğrusunu bilən Allahdır, demək ki, belə də olmalı imiş. 5 film artıq, 5 film əskik. Nə edim? Alnıma yazılan yazı budur” deyə sənətkar bildirib.
“Mənim üçün janr anlayışı yoxdur. Aktyorsansa hər rolu oynamalısan. Əsas odur ki, sən özünü o rolda görəsən. O rolla nəsə deyə biləsən. Bu aktyorun inkişafı deməkdir. Teatrda gənclərlə işləyirəm, onlardan gözəl enerji alıram. Onlardan da mənim öyrənəcəyim çox şeylər var. Onlar da əlbəttə ki, məndən nələrsə öyrənirlər” deyə aktrisa bildirib.

COMMENTS