Top.Mail.Ru

Amaliya Pənahova son mənzilə yola salındı

Amaliya Pənahova son mənzilə yola salındı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, xalq artisti Amaliya Pənahova ilə vida mərasimi başa çatıb.

Xalq artisti Amaliya Pənahova alqış sədaları altında son mənzilə yola salınıb.

A.Pənahovanın cənazəsi “Qurd qapısı” qəbiristanlığına aparılıb. O, vəsiyyətinə əsasən həyat yoldaşı, xalq artisti Yusif Muxtarovun yanında dəfn olunacaq.

Dünən səhər saatlarında dünyasını dəyişən xalq artisti Amaliya Pənahova ilə bu dəqiqələrdə Akademik Milli Dram Teatrında vida mərasimi keçirilir.

Dosye.org xəbər verir ki, vida mərasimində mərhumun yaxınları və tanınmış mədəniyyət xadimləri iştirak edir.

Qeyd edək ki, xalq artisti dünən 73 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Aktrisa vəsiyyətinə əsasən, həyat yoldaşının yanında, “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Dosye.org

COMMENTS