AMEA bu ğün elm məbədi, intriqa məbədi ya Ramiz Mehdiyevə ibadət məbədidir…….?!!

AMEA bu ğün elm məbədi, intriqa məbədi ya Ramiz Mehdiyevə ibadət məbədidir…….?!!

Son müddət ərzində AMEA diqqət mərkəzindədir. Təssüf ki, alimlərinin elmi nailiyyətləri ilə yox, halbuki onlar da az deyil, əsasən qalmaqal, intriqa, geyri-sağlam rəqabət mühiti ilə.

Necə oldu ki, daim elmi nailiyyətləri ilə tanınan bu elm ocağı buğünün reallığında intriqalar ocağına çevrildi? Bu, təsadüfi insanların elmə gəlməsi nəticəsində oldumu, ya səbəbi nədir, hələ ki, müəyyən deyil. .Azərbaycan Milli Elmlər Akademiyası hər zaman Ulu Öndərin diqqətində olub.

“Heç vaxt imkan vermək olmaz ki, kimsə, o cümlədən, prezident Akademiyanı dağıtsın. Ola bilər başqa prezident bunu etsin, amma mən he çvaxt bunu edə bilmərəm”. Ümümmilli Liderin bu gözəl ifadəsi onun tanıdığı Akademiyaya həsr olunmuşdur. Ulu Öndər AMEA-nın buğünkü vəziyyətini görsəydi sarsılardı….. kimlərinsə səriştəsiz rəhbərliyi ilə bu hala gətirilən Akademiya bu ğün aqoniyadadır.

Amma maraqlıdır ki, hazırda AMEA-ya rəhbərlik edən, eyni zamanda AMEA-nın prezidenti vəzifəsini icra edən, AMEA-nın Birinci vitse-prezidenti vəzifəsini icra edən (buda AMEA mənsub olan bir nonsens bir şəhs eyni zamanda iki vəzifəni icra edir, təsdiqlənməyərək), AMEA-nın akademik-katibi (az qala unutmuşduq, AMEA Fizika institutunun baş direktroru da olan) Arif Həşimov, ya ondan öncə rəhbərlik edənlər Ulu Öndərin siyasətini rəhbər tutmurdular və tutmurlar, yəni bu, gördüyümüz nəticələrdən bəlli olur……

O da maraqlı faktdır ki, bu ğün AMEA-da nə Ulu Öndərə, nə Möhtərəm cənab Prezident İlham Əliyevə ayrıca bir stend belə ayrılmayıb, halbuki cənab Prezident İlham Əliyev AMEA-nın 65-illiyində də, 70 illiyində də AMEA-nın alimləri ilə görüşüb, özünəməxsus məxsus səmimiyyəti ilə arzu və tövsiyələrini bildirib, bütün bunlar AMEA-nın tarixində möhtəşəm bir hadisə olsa da, nə AMEA-nın əsas binasında, nə Rəyasət Heyətinin binasında bununla bağlı kiçicik bir lövhəyə belə rast gəlmədik. Amma artıq 5 aya yaxındır ki, rəhbərlikdən uzaqlaşdırılan Ramiz Mehdiyevin AMEA-nın prezidenti kabinetinin qarşısında ayrıca, böyük qayğı ilə şüşə altında mühafizə edilən şəkilləri ilə bəzədilmiş stendi durur.

Bu nədi? Ramiz Mehdiyevə indiki rəhbərlik tərəfindən qurulan ibadət yeridir? Ya Ulu Öndərin, Möhtərəm cənab Prezident İlham Əliyevin 1-2 şəkli yalnız Ramiz Mehdiyev ilə birgə olan lövhədə verilə bilər? Yazılanları təsdiq edən bir neçə gün öncə çəkilən videomaterial əlavə olunur.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Ramiz Mehdiyevin şəkillərini yığışdırmağa cürət etməyən Arif Həşimov de-yuro olsa da, de-fakto AMEA-nı idarə etmir….. insanları işdən azad edir, kimləri isə var gücü ilə qanun pozuntuları aşkarlandığı hallarda belə qoruyub saxlayır, çünki keçmiş komandanın adamlarına dəyə bilməz! Sual yaranır, onda bu idarəçiliyi kimlər edir? Kimlər AMEA-nın məhv olmasını qarşısına məqsəd qoyub? “Bizdən sonra aləmi lap sellər aparsın” prinsipini kim əsas götürür və niyə bu ğün Arif Həşimov bu prinsipə var gücü ilə sadiqdir?!!
AMEA hər zaman dövlət rəhbərliyinin diqqət mərkəzində olub…. Ümüdvarıq ki, bu ğün də xilas olacaq…. Böyük ümidlərlə…….

DOSYE.ORG

P.S. DOSYE.ORG-da yayımlanan tənqidi məqalədən sonra AMEA-da Ramiz Mehdiyevin fotoları yığışdırılır. Görünür, Arif Həşimov artıq yol üstədir….

https://www.youtube.com/shorts/dj6f4UQlwQ8

COMMENTS