AMEA-da Ələddin Məlikov İranın bütün mükafatlarına sahib çıxıb?

AMEA-da Ələddin Məlikov İranın bütün mükafatlarına sahib çıxıb?

Son günlər AMEA-da baş verən hadislərə biganə qalmaq olmur.

DOSYE.ORG-ın apardığı araşdırmalarına görə, AMEA-da vəziyyət heç də yaxşı deyil. Bir sözlə, strateji əhəmiyyətə malik olan bir şöbə müdiri bütün qanunsuzluqlara imza atır.

Ötən yazılarımızda məlumat vermişdik ki, AMEA Rəyasət Heyəti aparatı Təhsil şöbəsinin müdiri Ələddin Məlikov “elmlər doktoru” elmi dərəcəsi diplomu olmadığı halda özünü “fəlsəfə elmləri doktoru” kimi qələmə verir və bu təkcə AMEA-nın rəsmi saytında deyil, hətta AMEA-dan gedən rəsmi sənədlərdə belə öz əksini tapıb.

Əlbətdə ki, belə bir saxtakarlığa susmaq və ona don geyindirmək alimlərimizə, ziyalılarımıza ən böyük təhqirdir. Digər tərəfdən belə bir şəxsi elmimizə “fəlsəfə elmləri doktoru” kimi təqdim etmək ən böyük biabırçılıqdır. Gəlin adı qalmaqalda hallanan “fəlsəfə elmləri doktoru” Ələddin Məlikovu yaxından tanıyaq. Kimdir Ə. Məlikov?

Bu şəxsin bütün mükafatları ancaq İran İslam Respublikasından aldığı üzə çıxdı. İran şəbəkəsi ilə daha sıx əlaqədə olduğu haqda məlumatlar əldə etməyə çalışırıq. Əgər, elmimizə dini təhsildən “fəlsəfə elmləri doktoru” transfer olunursa, yazıqlar olsun AMEA-ya.

Azərbaycan Milli Elmlər Akademiyası elmin inkişafında əsas təşkilatdır və AMEA-nın Təhsil şöbəsinin müdiri sənədləri saxtalaşdırmaqdan və vəzifə səlahiyyətlərini aşmaqdan çəkinməlidir. Əslində, məlumat yayımlandıqdan sonra Dövlət Təhlükəsizlik Xidmət dərhal hərəkətə keçməlidir.

Əldə etdiyimiz digər bir məlumata görə, Ələddin Məlikov AMEA-nın sabiq prezidenti akademik Ramiz Mehdiyevin AMEA-dakı keçmiş komandasından olmaqla yanaşı, Mehdiyevə yaxın olan və ən etibarlı adamıdır. Məlumat verən mənbə daha sonra vurğulayır ki,  hazırda mötəbər bir qurumda “böyük oyunlar” gedir. Növbəti yazılarımızda AMEA-da baş verən ən dəhşətli olaylarla sizləri tanış edəcəyik. Biləcəksiniz ki, elmimizə zərbə vuran “fəlsəfə elmləri doktoru” kimin əlinə oynayır?

DOSYE.ORG

AMEA-da saxtakarlığın TƏNTƏNƏSİ...

AMEA-da saxtakarlığın TƏNTƏNƏSİ...

AMEA-da saxtakarlığın TƏNTƏNƏSİ...

AMEA-da saxtakarlığın TƏNTƏNƏSİ...

COMMENTS