AMEA-da BIABIRÇILIQ: Ələddin Məlikovun elmi işi saxta çıxdı

AMEA-da BIABIRÇILIQ: Ələddin Məlikovun elmi işi saxta çıxdı

“Məlum olduğu kimi, AMEA-nın Təhsil şöbəsi müdirinin “fəlsəfə elmləri doktoru” elmi dərəcəsi olmadan özünü hər yerdə, hətta rəsmi sənədlərdə belə saxtakarlığa yol verərək elmlər doktoru kimi qələmə verməsi hadisəsi bir müddətdir ki, öz təsdiqini tapıb və ictimailəşdirilib, lakin bu müddət ərzində heç bir müvafiq tədbir görülməyib. Strateji əhəmiyyətə malik olan bir şöbənin müdiri belə qanunsuzluğa yol verdiyi halda, həmin şöbədə daha hansı qanun pozuntuların baş verə bilər deyə araşdırma apardıq. Təəssüf ki, yenə də kobud formada qanun pozuntusu faktı aşkarlandı və belə bir sual yarandı: AMEA-da elmin və təhsilin gələcəyi bu ğun kimlərin əlindədir?!!” Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: “Azərbaycan Respublikasında hər bir vətəndaş, hər bir qurum ilk növbədə ölkə qanunvericiliyi ilə müəyyən olunmuş qaydalara riayət etməlidir. Amma göründüyü kimi, AMEA-da qanun şah deyil…

AMEA-da 2015-ci ildən magistratura pilləsində təhsil almaq üçün müvafiq struktur yaradılıb. Çox gözəl, yəqin ki, bunun üçün müvafiq tədbirlər görülüb və müvafiq təhsil pilləsində dərs demək üçün AMEA-da müəllimlik etmək hüququna malik kadrlar da seçilib və sözsüz ki, var.

Hazırda AMEA-nın Magistratura sektorunun müdiri fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirov adlı şəxsdir. Qeyd edək ki, həmin şəxs son il ərzində AMEA Təhsil şöbəsinin müdiri vəzifəsini icra edib, sonra vəzifəsi endirilərək, həmin şöbənin müdir müavini və nəhayət, Magistratura sektorunun müdiri təyin olunub. Hamıya məlumdir ki, istənilən qurumda bir şəxsin vəzifəsinin aşağı salınmasının səbəbi iş prosesində buraxılan səhvlər və pozuntular olur. Beləliklə, Q.Dəmirovun bu ğun də həmin şöbədə fəaliyyətini davam etdirməsinin səbəbi naməlum qalır.

Mətləbə keçək… Azərbaycan Respublikasının Təhsil haqqında Qanununun 22.3. bəndinə əsasən, “Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir”.

Çox güman ki, bu Qanunun 22.3 bəndindən AMEA-nın nə Magistratura sektorunun müdirinin, nə də şöbə müdirinin xəbəri yoxdur. Çünki araşdırmanın göstərdiyi kimi, bakalavr təhsili olan Aynur Məhərrəmova adlı xanım gələcək magistrlərə dərs deyir. Niyə? AMEA-da qanun işləmir ya müəllimlik etmək hüququna malik olan kadrlar yoxdur?

Bu xanımın qanunsuz dərs deməyi bir tərəfə qalsın, 01 iyul 2022-ci il tarixində AMEA-da keçirilən məzun günündə artlq magistr dərəcəsi olan gənc alimlərə AMEA-nın müəllimlər heyəti adından vida sözünü və tövsiyələrini verən də məhs həmin xanım olub. Magistr dərəcəsi olmayan bir şəxs magistrlərə gələcək təhsil həyatlarında nə etməyi öyrədir.

Bu ğun respublikamızda dövlət tərəfindən təhsilə verilən diqqət və qayğı, Möhtərəm cənab Prezident İlham Əliyevin siyasəti AMEA-da hansı prinsiplər əsasında dəstəklənir? Dəstəklənirmi?

Özünü yalandan “elmlər doktoru” kimi tqdim edən Ələddin Məlikov, il ərzində səriştəsizliyi və ya buraxdığı hansısa səhvlərə görə vəzifəsi endirilən Qafil Dəmirovdan sonra bu cür kobud səhv heç də təəccüb doğurmur…

Sonda Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşlarından bu məsələyə münasibət bildirilməsini xahiş edirəm.

Araşdlrma davam edir. Ardı var…”

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

DOSYE.ORG

COMMENTS