Bu il 10-11 iyul tarixlərində saat 14:00-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin təşkilatçılığı ilə Şamaxı Astrofizika Rəsədxanasında “Azərbaycan Milli Elmlər Akademiyasının sosial siyasət və təbliğat kampaniyası-2015” layihəsi çərçivəsində “Science Activity-2015” adlı Yay məktəbi keçiriləcək.
Tədbir AMEA-nın və elmin kütləvi təbliği işində səmərəliliyi artırmaq, həmçinin Akademiya ilə əməkdaşlıq edən jurnalistlərin bu işə daha da stimullaşdırılması məqsədi ilə təşkil olunur. Eyni zamanda yay məktəbinin ikinci günündə iştirak edən jurnalistlərin SERTİFİKATLA mükafatlandırılması nəzərdə tutulur.
Bütün xərclər AMEA tərəfindən qarşılanır.
Yay məktəbi üçün qeydiyyatdan keçməyə tələsin!
İştirak etmək istəyən jurnalistlər bu gün saat 18:00-dək İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlasın!
Ünvan: Şamaxı r., N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası,Y.Məmmədəliyev ad. qəsəbə.
AMEA Rəyasət Heyətinin aparatı
İctimaiyyətlə əlaqələr və
elmin populyarlaşdırılması idarəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
COMMENTS