Amerika serialı etiraza səbəb oldu

Casus serialında Venesuela hökumətinin mənfi təqdim edildiyi iddia edilir

 

Amerika Birləşmiş Ştatlarında “Əfsanələr” adlı casus serialı Venesueladan narazılığa səbəb olub. Venesuela sosialist hökumətinin mənfi boyalarla təsvir edildiyi serialla əlaqədar hətta Venesuelanın Telekommunikasiyalar Komissiyası cinayət işi açıb.
Dosye.az ANS PRESS-e istinadən məlumatına görə, komissiya sözügedən Amerika serialının seriyalarından birində Venesuela prezidenti Nikolas Maduro və onun sosialist partiyasının kimyəvi silah alıcıları kimi təqdim edilməsini pisləyib. Venesuelanın dövlət telekanalında çıxış edən Telekommunikasiyalar Komissiyasının Baş direktoru Uilyam Kastilyo bildirib ki, Amerika Birləşmiş Ştatları bədii film mexanizmləri vasitəsilə Venesuela xalqını pis qələmə verməyə çalışır.
Venesuelanın informasiya naziri Delsi Rodriqez də ABŞ-ın casus serialının ssenarisini məkrli və «imperialist» adlandırıb.
Həmin serialı istehsal edən “20-ci əsr Foks” Venesueladan üzr istəyib və bunun sadəcə bədii serial olduğunu bildirib. Venesuela hökumətinin açdığı istintaq işinin təfərrüatları isə hələ məlum deyil.

COMMENTS