“Amerikanın cəsarəti varsa, İrana hücum etsin”

İranın Müdafiə naziri general Hüseyn Dehqan Amerikaya cavab verib.

Axar.az-ın xəbərinə görə, İsrailin Suriyada təşkil etdiyi terror aktında öldürülən iranlı general Allahdadinin cənazə mərasimində nazir çıxış edib. Dehqan bildirib ki, İranın mövqeyi aydındır, sionist və təkfirçi qüvvələrə qarşı dirəniş göstərir.

Nazir bu cinayətlərin cavabsız qalmayacağını bəyan edib. ABŞ Baş Qərargah rəhbərinin İrana hərbi əməliyyatlar ola biləcəyi haqda təhdidinə isə nazir belə cavab verib: “Əgər amerikalıların cəsarəti varsa, İrana hücum etsin”.

COMMENTS