AMİ-nin Zakatala filalında rüşvət qalmaqalı- YENİLƏNİR

Azərbaycan Müəllimlər İnstitutu Zakatala filalında biabırçı olay yaşanıb. Bu barədə dosye.org-a etibarlı mənbə məlumat verib.

Belə ki, 2014-cü ilin yay sessiyasında direktor Orucəli Rzayev və dekan Xəzangül Babayeva rüşvət alarkən səs yazıları qeydə alınıb. Yazılan səs yazısında tələbələrdən rüşvət tələb etmə açıq-aydın dinləmək olur.

Dəfələrlə internet saytlarında Azərbaycan Müəllimlər İnstitutu Zakatala filalı ilə bağlı bu cür neqativ hallara rast gəlmək olub. Lakin Orucəli Rzayevin “özünəməxsüs” addımları yuxarıları susmağa vadar edib.

Etiraf edək ki, təhsilimizdə baş verən növbəti biabırçılıq Təhsil Naziri Mikayil Cabbarovu dərindən düşündürməlidir. Əks təqdirdə təhsilimizin inkişafından danışmaq gülünc olar. Baş verən məsələ ilə bağlı təhsil nazirliyinində münasibətini öyrənməyə çalışacayıq. Araşdırmalarımız davam edir..

Dosye.org

https://www.youtube.com/watch?t=334&v=PkCDR_f4RLw

P.S. Faktla bağlı cinayət işinin açılacağı gözlənilir. Direktor Orucəli Rzayevin gələcək fəaliyyəti isə sual altına düşür. 

COMMENTS