AMİP deputatlığa namizədlərinin adlarını açıqladı – Etibar Məmmədov SİYAHIDA yoxdu

AMİP deputatlığa namizədlərinin adlarını açıqladı – Etibar Məmmədov SİYAHIDA yoxdu

Bu gün AMİP Siyasi Şurasının növbəti iclası keçirilib.

İclasda ilk olaraq AMİP Mərkəzi Şurasının 10 dekabr tarixli iclasının qərarına əsasən 9 fevral 2020-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə iştirak edəcək namizədlərin irəli sürülməsi ilə bağlı məsələ müzakirə edilib.

Modern.az saytı Azpost.info-ya istinadən xəbər verir ki, namizədlərin bir neçə mərhələdə irəli sürülməsinə qərar verilib və ilkin olaraq 11 dairədən namizədlərin irəli sürülməsi təsdiqlənib.

1. Orucov Əli Məhəmməd oğlu – 9 saylı Binəqədi ikinci

2. Mustafayev Elşən Mansur oğlu – 15 saylı Yasamal birinci

3. Bayramov Rəşad Aydın oğlu – 22 saylı Nəsimi ikinci

4. Səfərov Məmmədəli Talıb oğlu – 25 saylı Nizami ikinci

5. Əlizadə Arzuxan Baxşəli oğlu – 26 saylı Sabunçu birinci

6. Həsənov Tapdıq Həsən oğlu – 79 saylı İmişli

7. Bayramov Elman Əkbər oğlu – 81 saylı Beyləqan

8. Hüseynli Teyyub Həşim oğlu – 88 saylı Göyçay

9. Əliyev Loğman Allahverən oğlu – 90 saylı Ağdaş

10. Xanəlizadə Bəhmən Tofiq oğlu – 111 saylı Zaqatala-Balakən

11. Həsənbəyli Süleyman Yaşar oğlu – 119 saylı Ağdam kənd

DOSYE.ORG

COMMENTS