Ana körpəsini tualetə atdı

Çində dəhşətli hadisə baş verib.

 

Ana yeni doğulan körpəsini kanalizasiyaya atıb. ANS PRESS-in məlumatına görə, hadisə Şandonq əyalətində baş verib. Qız tələbələrdən biri məktəb yataqxanasının tualetində dünyaya gətirdiyi uşağı ayaqyoluna atıb.

Digər tələbələr tualetdən körpə səsi eşidəndən sonra xilasedicilərə xəbər veriblər.
Xilasedicilər 17 sm qalınlığındakı borularda apardıqları yoxlamalardan sonra körpənin 3-4-cü mərtəbələr arasında olduğunu müəyyən ediblər.

Körpə kanalizasiya borularının kəsilməsi sayəsində xilas edilib. Polis istənməyən körpəsini atan ananı saxlaya bilib.

COMMENTS