“Ankara Futbol kulub” və “Akva” masaj salonu gənclərin həyatı üçün təhlükəlidir

Dosye.org hər zaman Bakı şəhərində və ətraf rayonlarda “Çay Evi” və “Masaj” salonu adı altında obiyektlərin fəaliyyətlərini açıq şəkildə oxuculara təqdim edib.

Bu günlərdə əməkdaşımız daha bir necə eyni ilə yuxarıda qeyd edilən obiyekin fəaliyyəti ilə tanış olub. Belə ki, Səbayil rayonu Xəqani kuç 20-24 “Ankara Futbol kulub” , Xəqani 20-də “Akva” masaj salonu gənclərin həyatı üçün olduqca təhlükə mənbəyi kimi fəaliyyət göstərir.

“Akva” masaj salonu birbaşa faişəliyin inkişafı üçün nəzərdə tutulan obiyekdir. Masaj salonuna gələn “qonaqlar” faişələrə yaxşı-yaxşı nəzər yetirir. Gözəgəlimli olanlar daha çox müştəri cəlb edir. Məlumatlara görə salonun özünəməxsüs qanunları var.

Masaj adı altında kabinetə büyürən “cütlük” ilk öncə ödəniş etməlidir. 30 dəqiqə 20 manat və intim haqqı əlavə hesablanır. Deyilənlərə görə intim haqqının məbləği 30 manat dəyərləndirilir. Məhz elə xəstəliklərin yayılması və gənclərimizin gələcək həyatı bu cürv təhlükə altına düşür.

“Ankara Futbol “ kulubu isə çay evi adı altında qumarxana kimi fəaliyyətdədir. Gənclərimizin qumara bu cür meyilli olduğu obiyekt sahiblərinin daha çox gəlir əldə etmək imkanı yaradır. Ümüdvarıq ki, hüquq mühafizə orqanları yuxarıda qeyd edilən obiyektlərin qumarxana kimi fəaliyyətini nəzarətə götürəcək.

Polad İbadov
Dosye.org

COMMENTS