Top.Mail.Ru

Ankarada 60 yaşlı qadını ayı parçaladı

Ankarada 60 yaşlı qadını ayı parçaladı

Türkiyənin paytaxtı Ankarada 60 yaşlı qadın ayı hücumuna məruz qalıb.
“CNN Türk” xəbər verir ki, hadisə şəhərin Bəypazarı bölgəsində baş verib.
Belə ki, heyvanlarını otarmağa çıxan beş uşaq anası Kamile Çevik sabah saatlarında iribuynuzlu heyvanlarını otarmaq üçün Kozalan məhəlləsinin qəbirstanlıq bölgəsinə gedib.
Burada o, ayı hücumuna məruz qalıb və həyatını itirib. Ətrafdakı digər çobanların çağırdığı jandarm və sağlıq qrupu hadisə yerinə gələrkən artıq qadın keçinmiş olub.(oxu.az)
DOSYE.ORG

COMMENTS