ANS-in əməkdaşı ilə Ebru Gündeş arasında dava

Türkiyənin məşhur müğənnisi, iş adamı Rza Zərrabın həyat yoldaşı Ebru Gündeş Azərbaycanın gənc şairi, ANS-in əməkdaşı Zamir Erkin Ağazadənin yazdığı, lakin Aşiq Veysəlin adına çıxarılan “Hər gün ağlımdan keçirsən, insan bir salam verər” şeirlərini sosial şəbəkədə paylaşıb.

 

AzNews.az xəbər verir ki, Ebru Gündeş etdiyi paylaşımada “Vayyyy, bayıldım” sözlərini də yazıb.

Bundan xəbər alan ANS-in əməkdaşı sənətçinin etdiyi paylaşmanın altında sətirlərin ona aid olduğunu və edilən səhvin düzəldilməsini tələb edib.

Zərər çəkən azərbaycanlı şair olay haqda bunları deyib: “Artıq 2 ildən çoxdur ki, bu sözün mənə aid olduğu iddiasını edirəm. Çünki daha əvvəl o söz heç bir yerdə dərc edilməyib və kiminsə olduğu söylənilməyib. Bundan 2 il əvvəl mən öz Facebook səhifəmdə və blogumda öz imzamla paylaşma etdim. 1 aydan sonra isə sosal media istifadəçiləri tərəfindən sözümün imzasız və hətta A.Veysel imzası ilə paylaşıldığını gördüm. Amma öz çevrəmdə tək olduğum üçün heç biri ilə bacara bilmədim, çünki A.Veysel adı daha məşhur idi. Sətirlərin mənə aid olduğunu qeyri-mümkün zənn etdilər. Amma azacıq ədəbiyyatdan xəbəri olan, ozan şeirlərini oxuyanlar mənim olduğunu qəbul edirlər. Nə isə, bunlara alışdım. Çünki hamısını sənətdən, ədəbiyyatdan uzaq biri olaraq qəbul edirəm. Amma bir ölkənin sənətçisi də belə şərh yazırsa, daha söyləyəcək söz tapa bilmirəm. Heç olmasa, siz etməyin. Bəlkə də başqası etsəydi, bu qədər ağır zərbə olmazdı. O söz mənə aiddir, inanmayanlar araşdıra bilər. Ebru xanım kimin sözünə bayıldığını bilməlidir…”.

Qeyd edək ki, bu paylaşma təxminən 10 min nəfər tərəfindən bəyənilib.

Zamir Erkin Ağazadənin həmin şeiri Türkiyədə yayımlanan “Anadolu şairləri” və “Türk dünyası şairləri” antologiyalarında işıq üzü görüb.

COMMENTS