Antonio Kassano millimizə qarşı oynamayacaq

“Parma” klubunun hücumçusu Antonio Kassano İtaliya millisindəki karyerasını başa vurub.

 

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə futbolçunun özü açıqlamasında deyib.

“Düşünürəm ki, artıq İtaliya yığmasında oynamayacam” – deyə 32 yaşlı futbolçu bildirib.

Qeyd edək ki, İtaliya millisi “Avro-2016″nın seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda mübarizə aparır. Millimizin İtaliya ilə ilk görüşü bu il, oktyabrın 10-da Palermo şəhərində keçiriləcək.

COMMENTS