Aparat rəhbərindən Siyavuş Novruzovun iradına cavab

Aparat rəhbərindən Siyavuş Novruzovun iradına cavab

“Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bəri bir çox tarixi adlar, toponimlər yersiz yerə dəyişdirilib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında qanun layihəsinin müzakirəsi zamanı Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı deyib.

M. Qasımlı bildirib ki, parlamentarizm tarixində bəziləri Azərbaycanın tarixi adlarının dəyişdirilməsinə səs veriblər: “Onların bəziləri hazırda da burada oturub. Azərbaycanın tarixi adlarının dəyişdirilməsi yolverilməzdir”.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, toponimiya məsələləri Regional məsələlər komitəsi tərəfindən təqdim olunacaq: “Ancaq bizim adımız orada yoxdur”.

Millət vəkili Siyavuş Novruzovun iradına cavab verən Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev bildirib ki, Toponomiya Komissiyasında mütəxəssislərin rəyi əsas götürülür: “Son söz isə Milli Məclisin komitələri və Milli Məclisdə deyilir”.

DOSYE.ORG

COMMENTS