Apteklərə 450 minə yaxın tibbi maska buraxılır

Apteklərə 450 minə yaxın tibbi maska buraxılır

Bu həftə ərzində işçi qrupları öz ilkin işlərini ortaya qoydular. Bir sıra sosial güzəştlər həyata keçirilib.

Virtualaz.org xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu günədək Koronavirusla Mübarizəyə Dəstək Fonduna 110 milyon manatdan artıq vəsait yığılıb.İ. Məmmədov bildirib ki, bu gün ölkədə 5 milyon maska ehtiyatı yaradılıb. Apteklərə 450 minə yaxın tibbi maska buraxılır.

DOSYE.ORG

COMMENTS