“Aqro Kompleks Qəbələ” MMC-nin aqrar-sənaye kompleksində gestapo rejimi-VİDEO

“Aqro Kompleks Qəbələ” MMC-nin aqrar-sənaye kompleksində gestapo rejimi-VİDEO

“Aqro Kompleks Qəbələ” MMC-nin aqrar-sənaye kompleksində vəziyyət o həddə çtıb ki, bütün əməkdaşlar izlənilir. Bu barədə dosye.org-a yeni məlumatlar verən mənbənin sözlərinə görə, MMC-nin daxilindən jurnalistlərə məlumat ötürən şəxsin kimliyi müəyyənləşdikdən sonra işdən azad olunmaql yanaşı rəhbərlik tərəfindən cəzalandırılacaq.

Ötən yazılarımızda qeyd etmişdik ki, “Aqro Kompleks Qəbələ” MMC-nin aqrar-sənaye kompleksində baş verən özbaşınalıqlar və gestpol rejimi işçi qurupu tərəfindən narazılıqla qarşılanıb. Bunlardan əlavə kompleksin zəhmətkeş əməkdaşları rəhbərlik tərəfindən istismara məruz qalıb. Belə ki, adı hallanan müəssisə rəhbərliyi heç bir qanun tanımadan və eyni zamnda iş saatı 9-dan 5-ə olduğu halda, əməkdaşları 8-dən 7-ə qul kimi işlədir. İş müqaviləsində göstərilir ki, həftənin şənbə və bazar günləri qeyri iş günü hesab edilir. Lakin işçi kütləsinə yalınız həftənin bazar günü istirahət verilir.

Əlbətdə ki, bu da MMC-də böyük narazılıq yaradaraq zəhmətkeş əməkdşlar qarşı  istismar hal kimi qəbul edilir. Bir daha xatırladaq ki,  Qəbələ Aqrokompleks MMC-nin rəhbəri Oktay Nağıyevdir. Bu şəxs haqqında bəzi məlumatları əldə etməklə bir neçə sulları ünvanlamaq qərarına gəldik. Əvvəla, çox hörmətli Oktay müəllimin nəzərinə çatdırmaq istəyirik ki, supsidiya və sığorta adı altında kifayət qədər mənimsənilən pullar araşdırılır. Məlumt tam öz təsdiqini taparsa Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanacaq. Əslində, böyük bir müəssisə rəhbərliyi qeyd etdiyimiz nöqsanlara və ciddi maxinasiyalara yol verməz.

Məlum məsələdir ki, 44 günlük Vətən Müharibəsində qəhrəman xalqımız öz Ali Baş Komndanı cənab İlham Əliyevin ətrafına birləşərək tarixi qələbəmizi təmin etdi. Həmən ərəfədə xalqın mərd, cəsur və igid oqulları böyük qəhrəmanlıq nümayiş etdirərək erməni işğlçılarını torpaqlrımızdan “İTİ QOVAN” kimi qovdu. Unutmayaq ki, Qəbələ rayonu öz da övladları ilə hər zaman qürür duyacaq. Lakin belə bir məqamda rayon sakinlərinə qarşı qərəzli mövqe tutmaq, bir sözlə tabeçiliyində olan əməkdaşlarla qul kimi davranmaq, bir başa ölkə başçısına qarşı olan addımdır.

Dosye.org olaraq “Aqro Kompleks Qəbələ” MMC-nin aqrar-sənaye kompleksini diqqətdə saxlayır və eyni zamanda baş verən istənilən hadisəni ictimailəşdirəcəyik. Bunlardan əlavə Qəbələ Aqrokompleks MMC-nin rəhbəri Oktay Nağıyevə bildirmək istəyirik ki, xəbər saytlarına məlumat verən mənbəni araşdırmaq əvəzinə, MMC-də tədbiq etdiyi gestpol rejimini təcili dayandırsın. Araşdırmalarımız davam edir…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

DOSYE.ORG

 

COMMENTS