“Arayik deyir ki, müharibə… – Erməni deputat

“Arayik deyir ki, müharibə… – Erməni deputat

“Arayik Harutyunyanın məqsədinin nə olduğunu bilirəm. O, sadəcə olaraq Qarabağ sakinlərinə psixoloji təzyiq göstərir”. 

DOSYE.ORG Herbiand.az -a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Geğam Nazaryan deyib.

O bildirib kiş, Qarabağda Azərbaycanla inteqrasiya təklifinin qəbul edilməli olduğu barədə fikirlər var.

“Arayik Harutyunyana sual verirəm, belə bir sual verirsənsə, məqsədin nədir? Azərbaycanın nə istədiyi aydındır, deyilmi? Arayik Harutyunyan niyə bu barədə danışır? İstərdim ki, bu suala özü cavab versin. O bu problemləri həll etmək üçün oradadır. Mən onun nə etdiyini bilirəm. O, sadəcə olaraq, Qarabağ sakinlərinə psixoloji təzyiq göstərir, vəssalam. Yəni müharibə istəmirsinizsə, Azərbaycanla inteqrasiya etməlisiniz. Tutaq ki, belə bir əhval-ruhiyyə var, Ermənistanda elə adamlar var ki, Tacikistan-Qırğızıstan ittifaqına daxil olmağın yaxşı olduğunu düşünür. İndi biz deyək ki, gəlin hakimiyyəti ələ keçirək?”, – deyə Nazaryan qeyd edib.

COMMENTS