Araz çayının səviyyəsində azalma müşahidə olunub

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətə dair növbəti monitorinqlərin nəticələri açıqlandı
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-90, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında 40-90, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir. Bu barədə redaksiyamıza Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, iyunun 08-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 455 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 283 m3/s olmaqla ongünlük normanın 47 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 141 m3/s olmaqla, ongünlük normanın 72 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 167 m3/s təşkil edərək ongünlük normanın 85 faizinə bərabər olub.

Həmin gün Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 15, Şirvanda 18, Salyanda 5, Araz çayının Novruzlu məntəqəsində 20 sm azalma, Bankədə isə 5 sm artım qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 316 sm (2014-cü il iyunun 08-də 338 sm), Şirvanda 183 sm (2014-cü il iyunun 08-də 191 sm), Salyanda 135 sm (2014-cü il iyunun 08-də 123 sm), Bankədə 213 sm (2014-cü il iyunun 08-də 198 sm), Araz çayının Novruzlu məntəqəsində isə 70 sm (2014-cü il iyunun 08-də 67 sm) təşkil edir.

COMMENTS