“Araz” market yenə də köhnə mal satır… – Diqqət, TƏHLÜKƏ!

“Araz” market yenə də köhnə mal satır… – Diqqət, TƏHLÜKƏ!

Ölkənin ən iri market şəbəkələrindən olan “Araz” marketin piştaxtalarında köhnə – vaxtı keçmiş ərzağa tez-tez rast gəlinir. Dia-az.info bildirir ki, bu barədə “Müştəriyəm Şikayətim Var” sosial qrupunda paylaşım edən Elvin Məmmədli adlı istifadəçinin də gileyi elə budur.

Narazı vətəndaş yazır: ” “Araz” Marketdə xama alanda qarşılaşdığım hal… Martın 13-ü vaxtı bitmiş xama satışdadır. 30-40 gün vaxtı keçmis məhsul özü də vitrində ən üstdə….

`Araz` market yenə də köhnə mal satır...

Müdiriyyət gəldi… baxdı… üzr istədi… həmişəki kimi… “Araz” marketdən məhsul aldıqda mütləq tarixinə baxın.

“Araz” marketin sahiblərinə xitab edirəm. Arada vaxt edin, məhsullarınızın bitmə tarixinə baxın… necə ki vaxt edib qulplu salafanı qulpsuz salafanlarla dəyişirsiniz…

`Araz` market yenə də köhnə mal satır...

COMMENTS