Arda Turan neçə oyun buraxacaq?

Arda Turan neçə oyun buraxacaq?

“Atletiko”nun zədəli futbolçusu Arda Turanın son durumu müəyyənləşib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komandasının bugünkü məşqini yarımçıq dayandıran türk yarımmüdafiəçi tibbi müayinədən keçib. Onun ayaq əzələsində problem olduğu bəlli olub.

Bu səbəbdən A.Turanın adı İspaniya La Liqasında sabah keçiriləcək “Eybar”a qarşı matç üçün 18 nəfərlik heyətə daxil edilməyib.

Onun “Real”la oyuna (7 fevral) kimi sağalacağı gözlənilir.

COMMENTS