ARDNŞ-nin işçisi saxta diplomlu Faiq Hüseynovun TENDER OYUNU

AZƏRSU ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovla bağlı ilginc məlumatlar səngimək bilmir.

Dosye.org xəbər verir ki, bu barədə Azerinews.org-un elektron ünvanına, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi “Şuşa” şəhərciyində yaşayan İsmayılov Elnur Mənsur oğlu şikayət məktubu ünvanlayıb. Şikayətçinin iddiasına görə, Faiq Hüseynov istifadəyə yararsız olan əmlakı anbarlarda saxlayıb, onlara amartizasiya xərcləri hesablandığı halda, idarənin balansında olan işlək avadanlıqlar və xüsusəndə kabellər yararsız adı altında silərək mənimsəyir. Bundan başqa cənab Hüseynov GGİ-də saxta tenderlər keçirir, alınmış malları isə şişirdilmiş qiymətlərlə dövləti sırıyır. ARDNŞ-nin Qazma işləri trestinin rəis müavini vəzifəsində işləyən Faiq Hüseynovun qanunsuz əməlləri bununla bitmir. İddiaya görə, ARDNŞ-də vəzifəyə gəldiyi gündən qanun tanımayan Faiq Hüseynov sərvət toplamağıda unutmayıb.

Azerinews.org-u bilgiləndirən şikayətçi qeyd edir ki, Faiq Hüseynovun işlədiyi dövrdə özünə yaxın insanların(qohub – əqaraba nəzərd tutulur) adına sənədləşdirib tikdirdiyi mülklərin sayını günü, gündən artırır. Qazma işləri trestinin rəis müavini qısa zaman kəsiyində, restoranlar, otellər, apteklər,marketlər və istirahət məkanları

şəbəkəsinə sahib olur. Şikayətçinin iddiasına görə, diplomunda da qaranlıq nüanslar daşıyan Faiq Hüseynov bir neçə ildə, belə bir böyük sərvət əldə etməsi onun halal qazanc daşıyıcısı olmadığını da ortaya qoyur. İddiaçı İsmayılov Elnur bunlarla bağlı prezidentə müraciət etdiyinidə deyir. Amma, müəyyən səbəblərdən hələdə cavab almadığını da öz şikayət məktubunda bildirir…

Onuda bilirək ki, Elnur İsmayılov, Faiq Hüseynovun sahib olduğu malikanələrin və obyektlərin fotolarını da redaksiyaya təqdim edib. Azerinews.org həmin fotofaktları oxuculara təqdim edir:

Növbəti yazılarda:

-Satınalmalar həyata keçirərkən 11 milyon manat necə mənimsənildi?! (Faktlarla)

-Faiq Hüseynov kef məclislərini kimlərlə harada və necə təşkil edir ?!

-Pirallahıda olan mülklər, Aptek və Mebel biznesi – bu şəbəkədə daha nələr var?

-Faiq Hüseynovun diplomunda olan qaranlıq məqamların gizlinləri?

Qarşı tərəfidə dinləməyə hazırıq

COMMENTS