Arif Həşimovun AMEA-dakı özbaşnalığını kim dayandıracaq?

Arif Həşimovun AMEA-dakı özbaşnalığını kim dayandıracaq?

Arif Həşimovun artıq ənənəvi olaraq AMEA-dan şəxsi obyekti kimi istifadə etməsi sən demə hələ himəyadarı Ramiz Mehdiyevin rəhbərlik etdiyi dövrdən başlamışdır.

2021-ci ilin may ayında Arif Həşimov AMEA-nın akademik-katibi təyin olundu. Sələfi akademik Adil Qəribov öz dürustluyu və ədaləti ilə yəqin ki, o vaxtkı rəhbərliyi qane etmirdi. 27 may 2021-ci il tarixində AMEA-nın Ümumi yiğıncağında qərar qəbul olundu və Adil Qəribov Arif Həşimovla əvəz edildi. Əlbəttə, AMEA-nın rəhbəri Ramiz Mehdiyevin qərarı müzakirə oluna bilməzdi və yekdilliklə təsdiqləndi. Ramiz Mehdiyevə daha “sözəbaxan” akademik-katib lazım idi.

Arif Həşimov vaxtilə AMEA-nın vitse-prezidenti də olmuşdur (akademik Mahmud Kərimovun rəhbərliyi zamanı), lakin sabiq prezident akademik Akif Əlizadə prezident təsdiq olunan kimi Arif Həşimovu nəinki AMEA Rəyasət Heyətindən, ümumiyyətlə AMEA sistemindən, AMEA Fizika İnstitutundan belə, akademik olsa da, uzaqlaşdırdı. Öz qayıdışı ilə hökmdarlıq eyforiyasına düşən Arif Həşimov çox qısa bir müddətdə özbaşınalıqlara başladı, həm də məhz eyni zamanda özünün baş direktor olduğu AMEA Fizika İnstitutunda.

Qısa bir haşiyə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 3.10-1-ci bəndinə və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarının 3.1-ci bəndinə əsasən xarici dil üzrə imtahanlar Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – DİM) tərəfindən keçirilir və beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi də DİM tərəfindən müəyyənləşdirilir. Bu qərara əsasən, respublika üzrə doktorantura və dissertanturaya qəbul olunmaq istəyində olan hər bir kəs DİM saytında çəxsi kabinet açaraq qeydiyyatdan keçir, dövlət rüsumu ödəyir və müvafiq qaydada imtahan verir.

Xarici dil üzrə B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar həmin sertifikatın qüvvədə olduğu müddətdə xarici dil üzrə imtahan verməkdən azad olunsalar da, eyni qaydada şəxsi kabinet açaraq dövlət rüsumu ödəməsələr də, qeydiyyatdan keçib DİM-in nümayəndələrinə canlı olaraq sertifikatlarını təqdim edirlər, sertifikatların saxta olub-olmaması, balların keçid balına uyğunluğu yoxlanılıb təsdiqləndikdən sonra həmin şəxslər ümümi imtahandan keçənlərin siyahısına salınırlar.

Bu siyahılar respublika üzrə bütün təşkilatlara rəsmi olaraq DİM tərəfindən təqdim olunur və iddiaçılar növbəti imtahan pilləsinə bıraxılırlar.

Arif Həşimov isə nə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarını, nə DİM-dən gələn rəsmi sənədləri saymayaraq, öz istəyi ilə, “akademik-katibəm, buraxın növbəti imtahanı edim” əmri ilə AMEA Fizika İnstitutuna sənəd verməyən, DİM-dən rəsmi qeydiyyatdan keçməyən Ömərov Nüsrəddin Vaqif oğlunu 10 sentyabr 2021-ci il tarixində Fəlsəfə imtahanına buraxdırır. Arif Həşimov imtahana gələrək N.Ömərovu zala keçirib imtahan aparılmasına icazə verir. Təəssüf ki, buna etiraz edən yeganə şəxs AMEA Təhsil şöbəsinin Doktorantura sektorunun müdiri Tubuxanım Qasımzadəyə isə kəskin formada acıqlanaraq, “sən kimsən, dedim keçəcək” cavabını verən Arif Həşimov onun özbaşınalığını üzə çıxaran T.Qasımzadənin il ərzində başına açılan bütün oyunların, daimi şərlənmə cəhdlərinin arxasında durmuşdur.

T.Qasımzadə bu qanunsuzluğun qarşısının alınması üçün o vaxt AMEA Rəyasət Heyəti Aparatının müdiri işləyən Seyfəl Həsənova və AMEA Prezidentinin Katibliyinin müdiri Edar Əmirova etdiyi müraciətlərinə “Nə edə bilərik, akademik-katibdir, özü bilər, qarışmayın” cavabını almışdır.

Bu faktları təsdiqləyən sənədlərin surətləri ictimaiyyətin diqqətyinə çatdırılması üçün əlavə edilir. Sənədlərdən göründüyü kimi, qəbul olunmuş digər doktorantlar siyahılarda var: Mənsumova Günəş 37,5 balla (235-ci adam), Həşimli Zeynəb 32,5 balla (343-cü adam), Orucova Təranə 27 balla (387-ci adam), Balıyeva Nurlanə 30,5 balla (395-ci adam), amma nədənsə Ömərov Nüsrəddin siyahılarda tapılmasa da, hətta 416-ci adamdan başlayaraq sertifikatla keçənlərin (416-444) sırasında da onun adı yoxdur. Ola bilsin ki, başqa şəxslər də DİM-dən kənar olaraq, AMEA-ya qəbul olunub, araşdırma davam edir.

Hansısa şəxsi maraqlarını güdən Arif Həşimov hətta AMEA-nın digər vitse-prezidentlərini də aldatmaqdan çəkinməyib. Və qanunsuz olaraq N.Ömərovu AMEA Fizika İnstitutundan gələn siyahılarda təqdim edərək, AMEA-da dürüstlüyü və vicdanlılığı ilə tanınan və böyük hörmətə malik olan AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin rəhbərini və üzvlərini də aldadıb (sənəd əlavə olunur).

Bu məsələnin şişməsini bağışlamayan Arif Həşimov il ərzində əlaltısı eyni zamanda AMEA Fizika İnstitutunun əməkdaşı olan və əvvəllər AMEA Təhsil şöbəsinin müdiri, sonra müdir müavini, daha sonra isə Magistratura sektoruunun müdiri Qafil Dəmirov idi.

Məhz Q.Dəmirovun təşkilatçılığı ilə T.Qasımzadə şöbə əməkdaşları tərəfinsən “kobudluqda” şərlənərək müqaviləsinin uzadılmasından imtina almışdır. Hətta öz işlərini itirməmək üçün kütləvi informasiya vasitələrində T.Qasımzadəni şərləməkdən çəkinməyən əməkdaşlar dəlil olmadığı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdırlar (hazırda bu məsələ də Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırılır).

Son məqalələrdən birində AMEA-da prosessual pozuntu olsa da, 2022-ci il üçün doktoranturaya “Fəlsəfə” fənnindən qəbul imtahanının keçirilməsi haqqında yazmışdıq. İmtahanların keçirilməsi 6-8 sentyabr 2022-ci il tarixlərinə planlaşdırılıb. Komissiyanın üzvlərindən AMEA Təhsil şöbəsinin müdiri Ələddin Məlikovun sənəd saxtalaşdırması və səlahiyyətlərini aşması faktları, özünü yalandan hər yerdə “fəlsəfə elmləri doktoru” kimi qələmə verməsi artıq öz təsdiqini tapıb, bir neçə iş yerində bu elmi dərəcəyə müvafiq olaraq məvacib alması da təsdiqlənib və hazırda bu məsələlər Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırılır.

Qisasını bir ildən sonra, artıq AMEA-nı təkbaşına idarə edəndən sonra alan bir şəxsə bu ğun AMEA-ya rəhbərlik etmək şansı verilib. Buradan bir daha Azərbaycan Respublikası Elm və Təhsil naziri Emin Əmrullayevə müraciət edirik, 6-8 sentyabr 2022-ci il tarixlərində “Fəlsəfə” fənnindən və ixtisas imtahanlarının keçirilməsinə nəzarət olunmalıdır, yoxsa yenidən “kimi istəyirəm, keçirirəm” prinsipi ilə işləyən Arif Həşimov daha nələr edəcək? 6-8 sentyabr 2022-ci il tarixlərindəki imtahanlarda qanunsuzluqlara imkan verməyəcəyini bilərək, T.Qasımzadə bilərəkdən işdən uzaqlaşdırılıb.

Eyni zamanda, AMEA tərəfindən yaradılan komissiyanın sədri, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovaya və komissiyanın üzvü, AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyliyə səslənirik: Sizlərin adlarınızın arxasında gizlənərək qanunsuzluqlar edib Sizi də nüfuzdan salmalarına imkan verməyin.

Bu hadisə necə də Süleyman Rəhimovun «Mehman» povestinə əsasən çəkilən “Qanun naminə” filmindəki Qaloş obrazını xatırladır… bir gəncin karyerasını məhv edən Arif Həşimov və gənc prokuroru dürustluyunə görə öldürtdürən Qaloş… AMEA-nı Qaloşdan xilas edən olmayacaqmı?

DOSYE.ORG

COMMENTS