Bir az əvvəl Yasamal rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının məhkəməsi keçirilib.
“AzPolitika.info” xəbər verir ki, prosesdə Yasamal rayon Prokurorluğunun O.Hacılı barəsində verdiyi təqdimata baxılıb.
Hakim onun barəsində iki aylıq həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.
Xatırladaq ki, Orxan Hacılı barəsində Cinayət Məcəlləsinin 263.1 (yüngül xəsarət) və 264-cü (yayınma) maddələri ilə cinayət işi açılıb.
COMMENTS