Arif Quliyev: “Sevdiyim xanımın toyunda tamadalıq etdim…”

Xalq artisti Arif Quliyev “Space” televiziyasında yayımlanan “Hər Səhər” verilişinin qonağı olub.

Maraqlı məqamlara toxunan məşhur aktyor 5 nəvəsi olduğunu və onlardan razılığını bildirib:

“Çox xoşbəxt insanam, çünki həyatda nə istəmişəmsə Allah onu mənə yetirib. Ən böyük xoşbəxtliyim,uğurum isə tamaşaçı sevgisidir. Oynadığım filmlərdə rol aldığım obrazlarda heç bir zaman seçim etməmişəm. Nə rol veriblərsə əlimdən gələni etmişəm ki, layiqincə o obrazın haqqını verim. Lakin hər zaman istəmişəm ki, dramda oynayım. Son zamanlar bunu daha da çox istəyirəm, yəqin ki yaşımdan irəli gəlir”.

Xalq artisti gənclik sevgisindən də söz açıb. O nakam sevgisindən danışarkən söyləyib ki, ona sevdiyi qızın toyunda bəy kimi yox, tamada kimi iştirak etmək nəsib olub:

“Həyatımda sevdiyim gənc xanım olub. Çox gözəl qadın idi. Ailəmiz qarşı çıxsa da biz hər yerə birgə gedirdik. Lakin sevgimiz yarımçıq qaldı. O xanım ailə qurdu. Buna baxmayaraq mən onun toyunda tamadalıq etdim”.(big.az)

Dosye.org

COMMENTS