Armen Qriqoryan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə getdi

Armen Qriqoryan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə getdi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan cümə günü ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) qərargahında işgüzar görüşlər keçirdiyini bildirib.

Modern.az xəbər verir ki, Qriqoryan sosial şəbəkələrdə yazıb: “Mərkəzi Kəşfiyyat İdarəsinin Lenqlidəki qərargahında işgüzar görüşlər keçirdim”.

Vaşinqtona səfəri çərçivəsində MKİ-nin baş ofisində olan A.Qriqoryan digər təfərrüatlar barədə məlumat verməyib.

COMMENTS