Arvadını bıçaqlayan kişi özünü yandıraraq öldürüb – VİDEO

Arvadını bıçaqlayan kişi özünü yandıraraq öldürüb – VİDEO

Salyanda kişi əvvəlcə həyat yoldaşını bıçaqlayıb, daha sonra özünü yandırıb. Baku.tv xəbər verur ki, ağır hadisə Salyanın Kürsəngi kəndində baş verib. Kənd sakinlərinin dediyinə görə, 32 yaşlı Məcid Kərimov bir neçə il bundan öncə 26 yaşlı dayısı qızı Aysel Kərimova ilə ailə həyatı qurub. Bu nigahdan bir qızı, bir oğlu olmaqla, iki azyaşlı övladı olub.

Qonşular bildirib ki, onlar ailə qurduqları vaxtdan indiyədək aralarında heç vaxt söz-söhbət olmayıb. Lakin ötən gün Məcid Kərimov əvvəlcə həyat yoldaşını bıçaqlayıb. Daha sonrahəyətyanı sahəyə gedərək, üzərinə benzin tökməklə yandırıb. Bundan xəbər tutan yaxınları onu xilas edə bilsələr də, Məcid Kərimov ağır dərəcəli yanıq xəsarətləri alıb. Ər-arvad dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Aysel Kərimova dərhal cərrahi əməliyyata götürülüb. Məcid Kərimovun vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib. Bakıda xəstəxanada həkimlərin səyinə baxmayaraq, Məcid Kərimovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib. Bu gün onun meyiti doğulduğu kəndə gətirilərək torpağa tapşırılıb. Hələ ki, hadisənin hansı səbəbdən baş verməsi aparılan araşdırmalardan sonra məlum olacaq.

DOSYE.ORG

COMMENTS