Arvadının başını kəsən kişi tutuldu – RƏSMİ

Arvadının başını kəsən kişi tutuldu – RƏSMİ

Şəmkirdə arvadını öldürən kişi tutulub.

Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Lent.az -a açıqlamasında bildirib ki, aprelin 19-da 29 yaşlı Mübariz Məmmədov Şəmkir rayon Polis Şöbəsinə gələrək həyat yoldaşı Nailə Məmmədovanı öldürməsi ilə bağlı məlumat verərək könüllü təslim olub.

Araşdırmalarla M.Məmmədovun həmin gün səhər saat 9 radələrində qısqanclıq zəminində arvadı, 27 yaşlı Nailə Məmmədovaya bədənin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Məmmədov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.

DOSYE.ORG

COMMENTS