Arzu Əliyevadan anasına xoş arzular

Bu gün Prezidenti İlham Əliyevin həyat yoldaşı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür.

“Qafqazinfo”nun məlumatına görə, prezidentin qızı Arzu Əliyeva da anasını doğum günü münasibətilə təbrik edib. O, şəxsi facebook səhifəsində “Happy Birthday Mrs. Mehriban Aliyeva !!!” yazaraq birinci xanımın şəklini paylaşıb.

Mehriban Əliyeva 1964-cü ilin bu günü Bakı şəhərində, ziyalı ailəsində anadan olub.

COMMENTS