Arzu Rəhimovu intim videosu ilə hədələdi, şöbə rəisi oldu…

Arzu Rəhimovu intim videosu ilə hədələdi, şöbə rəisi oldu…

Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov ətrafında qalmaqallar səngimək bilmir.

Bu barədə dosye.org-a məlumat verən mənbənin bildirdiyinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baş alıb gedən şıdırğı alverə dur deyən yoxdur. Bu günlərdə SHXÇDX-nin Ağdam rayon idarəsində yaşanan biabırçılıq yuxarıda qeyd etdiklərimizi bir daha təsdiqlədi. Ötən yazılarımızda qeyd etmişdik ki, rayon şöbələrində “alış-veriş” xidmət rəisinə heç bir aidiyyəti yoxdur. Əlbətdə ki, nə qədər gülünc olsada rəhbər şəxsin rüşvətə şərait yaradacağı da inandırıcı görünmür. Amma etiraf edək ki, zaman-zaman mətbuatın işıqlandırdığı “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində rüşvət tuğyan edir” başlıqlı məqalələr yuxarı dairələr tərəfindən qulağardına vuruldu. Bu barədə kifayət qədər məlumatlat verilsədə, necə deyərlər “sən saydığını say, gör fələk nə sayır”. Keçək mətləbə…

Əslində, söhbət Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun rüşvət alıb-almamasından getmir. Generalı mətbuatın cənginə içki məçlisində qurban verən və sonradan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi postunu ələ keçirən polkovnik-leytenant Nizami Nəbiyevdən getdiyi yəqin oxucularımıza məlumdur. Arzu Rəhimovun intim videosunu mətbuata ötürməklə “arzusuna” çatan N. Nəbiyev şantaj əməllərinin mahir ustasıdır. “Od olmayan yerdən tüstü çıxmaz” deyib atalarımız. Allah ruhlarını şad eləsin.

Maraqlı məqamlardan biridə odur ki, hələ bu günə qədər həmən intim videonun harada və neçə çəkildiyi araşdırılmayıb. Dosye.org olaraq bu istiqamətdə apardığımız araşdırmalar nəticəsində məlum olub ki, Nizami Nəbiyevin ələ keçirtdiyi intim video xanım tərəfindən lentə alınıb. Onuda nəzərinizə çatdıraq ki, aparılan araşdırma “Alma” restoranında N. Nəbiyevin açıqladığı məsələ ilə üst-üstə düşür. Sadəcə həmən video məqsədli şəkildə lentə alınaraq N.Nəbiyevin bütün real işlərini getçəkləşdirdi. Yəni, Arzu Rəhimovla birlikdə intim videosunda iştirak edən “xanımın” profsenal çəkilişi N. Nəbiyevi yenidən rəis vəzifəsinə yüksəlməsində böyük “dəstəyi” oldu. Görünür, Arzu Rəhimov baş verən xoşagəlməz hadisədən hələdə ehtiyat edir. Ən azından generalın adına və imicinə misli görünməyən zərbələr vuracağını zənn edən xidmət rəisi, “fəlakəti” vəzifə qurban verməklə ört-basdır etdi. Qarşı tərəf isə general tərəfindən hər hansı bir təziyiqə məruz qalacaqsa həmən videonu gizli silah kimi istifadə edəcəyi şübhəsizdir.

Məqalədə adı hallanan şəxslərin mövqeyini dəec etməyə hazırıq.

Araşdırmalarımız davam edir..

DOSYE.ORG

 

 

COMMENTS