“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılır

“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən aidiyyəti “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti də məhdudlaşdırılacaq.

“ASAN xidmət”dən virtualaz.org-a verilən məlumata görə, Bakı şəhərindəki bütün “ASAN xidmət” və “ASAN Kommunal”, həmçinin Sumqayıt və Gəncə regional “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti 5 iyun saat 14:00-dan 8 iyun 2020-ci il saat 09.00-dək dayandırılır.

Qeyd olunan tarixlərdə hazır sənədlərin götürülməsi üçün mərkəzlərə müraciət etməli olan vətəndaşlar növbəti iş günlərində müvafiq xidmətlərdən yararlana bilərlər.

DOSYE.ORG

COMMENTS