“ASAN” xidmətdə ölüm hadisəsi – FOTO

“ASAN” xidmətdə ölüm hadisəsi – FOTO

Bu gün saat 15:20 radələrində 4 saylı Bakı “ASAN” xidmətində ölüm faktı qeydı alınıb.

Modern.az-ın 4 saylı “ASAN” xidmətində olan əməkdaşının verdiyi məlumata görə, şəxsiyyət vəsiqəsini dəyişdirmək üçün xidmətə gələn vətəndaş qəfildən özünü pis hiss edib.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası yaşlı kişinin öldüyünü bildirib.

Xəbərdən sarsılan mərhumun yaxınlarının halı da pisləşib. Xidmətin rəis müavini bu səbəbdən də 4 saylı “ASAN”xidmətin 3-cü mərtəbəsində xidməti dayandırıb.

Növbəsi çatan və növbə gözləyən vətəndaşlardan üzrxahlıq edilib.

DOSYE.ORG

 

COMMENTS