ASC-nin sahibi Xırdalanda torpaqları gizli satıb?-ŞOK İDDİA

ASC-nin sahibi Xırdalanda torpaqları gizli satıb?-ŞOK İDDİA

Xırdalan şəhərində ASC-nin sədri Seyhun Nəcəfov vəzifə səlahiyyətindən sui-istifadə edərək Dövlət Əmlak Komitəsinin balansında olan torpaqları fərdi qaydada satıb.

Bu barədə dosye.org-a məlumat verən sakinlərin iddialarına görə, fərdi ev inşa etdirmək istəyən şəxslər C. Nəcəfovla birgə, hazırda həbsdə olan Abşeron rayon icra hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev həyata keçirib.

Belə ki, ərazilər bu iki şəxsin nəzarətində olduğu üçün onlara mütləq tələb olunan məbləğ verilməli idi. Torpaqların satışına Ceyhun Nəcəfov, evlərin tikintisinə isə Akif Əliyev icazə verirmiş. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə daxil olan çox saylı şikayətlər əsasında baş memar A. Əliyev həbs olunur. Lakin onunla birgə cinayət əməllərində bir başa iştirak edən ASC-nin sahibi Ceyhun Nəcəfov məsuliyyətdən yayınır. Məlumatı araşdıran əməkdaşımızın sözlərinə görə, istər baş memar, istərsədə ASC-nin sədri icra başçısının adından istifadə ediblər. Məhz icra başçısının adından vətəndaşlara evlərin tikintisi üçün şifahi “icazə” verilib.

Hazırda yuxarıda adı hallanan ASC-nin sahibi ərazidə yaşayan sakinləri hədələməklə onları evlərindən çıxmağı tələb edir. Sakinlər bir daha iddia edirlər ki, C. Nəcəfov özünü ərazinin sahibi kimi təqdim edib. Əslində, bu cür halların səbəbkarları qanun qarşısında cavab verməlidir. Özbaşınalıq, rüşvət və digər qanuna zidd əməllərin qurbanlarına çevrilən sadə vətəndaşlar günahı məhz dövlətdə və dövlətin başçısında görür. Narzı kütləni yaratmaqda məqsəd nədir? Və biləcəksiniz ki, qanunsuz ərazidə inşa edilən 4 mərtəbəli bina kimə məxsüsdur. Növbəti yazılarımızda qeyd olunan suala aydınlıq gətiriləcək. Bizi izləməyi unutmayın…

DOSYE.ORG

COMMENTS